"Qonorarsız iş görmürəm. Bütün işlərimdən qonorar alıram. Amma dəstəyim, yəni sponsor və təşkilat baxımından o qonorardan çox olur. Aktrisa kimi də istəyərəm ki, fəaliyyət göstərim. Bununla bağlı təkliflər var. Xoşuma gəlsə, bəlkə təklifi qəbul edərəm". Axşam.az xəbər verir ki, bu sözləri müğənni Natavan Həbibi "Gül kimi şou"da qonaq olarkən deyib. Uzun müddətdir efirə çıxmayan sənətçi qazancından danışıb:
"Qazancım bu sahədən deyil. Uzun illərdir ki, şəxsi biznesim var. Sənətlə bağlı işi yalnız təbim gələndə, istəyəndə görürəm. Toylara da çox zaman getmirəm. Yalnız istədiyim və tanıdığım insanların toylarına gedirəm və orada çıxış edirəm. Mənim də özüməməxsus "rayder"im var. Restoranlarda konsert proqramları ilə çıxış edirəm, amma orada olan şou-proqramlara getmirəm. Evdən küçəyə çıxmaq istəmirəm. Yalnız vacib işim olanda çıxıram".