Pravda.az "Bizim media"ya istinadla xəbər verir ki, jurnalist Elvin Elxan və müğənni Nuran Məmmədov ağır qəza keçiriblər.
Onlar axşam saat 22:00 radələrində Axundov kitabxanasının yanında piyada keçidindən keçərkən sürətlə şütüyən “Mercedes” markalı avtomobil tərəfindən vurulublar.
Müxtəlif ağır bədən xəsarətləri alan Elvin və Nuran təcili şəkildə özəl klinikaların birinə yerləşdiriliblər.


