Türkiyənin səhiyyə nazri Fəxrəddin Qoca koronavirsla mübarizədə effektiv üsullardan danışıb.
Pravda.az-ın xəbərinə görə, nazir ölkəsində koronavirusla mübarizənin uğurla aparıldığını bildirib. “Uğurumuzun 5 səbəbi var. Testdən sonra xlorokin-hidroksiklorokinə erkən başlayırıq, azithromisini başqa cür istifadə edirik, favipiravirdən çox yararlanırıq, güclü oksigen dəstəyi veririk və xəstənin vəziyyətini tez-tez dəyişirik. Bütün bunlar xəstələrin səhhətinə yaxşı təsir edir, müalicə zamanı effekt verir”-deyə, Qoca bildirib. Qeyd edək ki, xlorokin malyariya, favipiravir virus əleyhinə dərman, azitromisin isə antibiotikdir.