Bu gün Baş Prokurorluq Yanında Korupsiya Qarşı Mübarizə baş İdarəsi tərəfindən Cəlilabad rayonunda aparılan əməliyyat zamanı saxlanılan bəzi şəxslərin adları məlum olub.
"Azərişıq" ASC-nin şöbə rəisi saxlanıldı
Pravda.az-ın "Report"a istinadən məlumatına görə, saxlanılanların Cəlilabad rayon Bələdiyyələri Əlaqələndirmə Şurasının və Cəlilabad şəhər bələdiyyəsinin sədri Mehdi Kərimov, Cəlilabad Rayon İcra Hakimiyyətinin baş memarı Sahil Qənbərli və "Azərişıq" ASC-nin Cəlilabad şöbəsinin rəisi Səttar Heydərov olduğu bildirilir.