Ötən gün sosial şəbəkələrdə Ucar rayonu Alpout kənd Şirvan Həsənov adına 2 saylı orta məktəbin direktoru Orxan Rəhimovun intim videosunun yayılması kənd sakinlərinin kəskin etirazına səbəb olub.
Sakinlər yayılan görüntülərə ciddi şəkildə etirazlarını bildirib və məktəb direktorunun dərhal işdən azad olunaraq məktəbi tərk etməsini tələb ediblər.
Şikayətçilər deyirlər ki, direktor əvvəlcə yayılan görüntülərin ona aid olmadığını iddia edib:
“Boynuna almırdı, deyirdi ki, montajdır. Sonradan etiraf etdi ki, yayılan görüntülərdəki şəxs odur. Dedi ki, Bolqarıstan vətəndaşı məni şantaj edir”.