Bu gündən Gürcüstanda avtomobillərin hərəkətinə gətirilən məhdudiyyət götürülüb.
Pravda.az xəbər verir ki, bu barədə Gürcüstan Baş nazirinin mətbuat katibi İrakli Çikovani bildirib. Onun sözlərinə görə, sərt karantin rejiminin tətbiq edildiyi rayonlarda məhdudiyyət qüvvədə saxlanılacaq. İ. Çikovani qeyd edib ki, artıq ölkədə iqtisadi fəaliyyət bərpa edilir, taksilərin və aqrar bazarların fəaliyyətinə qoyulan qadağa götürülür, onlayn formada topdan və pərakəndə satışa icazə verilir. Hər gün saat 21:00-06:00 arası tətbiq edilən komendant saatı isə qüvvədə qalır.