Məzmuna keç
Pravda.az — xəbər portalı
Hadisə

339 saylı bağçada nəzarətsiz qalaraq maşın yoluna qaçan uşağın anası bağça rəhbərliyindən 15 min pul istəyib? - VİDEO

1 472
Paylaş:
339 saylı bağçada nəzarətsiz qalaraq maşın yoluna qaçan uşağın anası bağça rəhbərliyindən 15 min pul istəyib? -    VİDEO

Bakı şəhərində fəaliyyət göstərən 339 saylı bağçada azyaşlı gözdən yayınaraq küçəyə çıxıb.

Pravda.az-ın məlumatına görə, uşaq tezliklə tapılıb və xoşbəxtlikdən heç bir əlavə narahatlıq olmayıb.

Bağça rəhbərliyi valideynə məlumat verib, tərbiyəçi-müəllim haqqında tənbeh tədbiri görüb, nəzarət tədbirləri artırılıb.

Məsələdən xəbər tutan valideyn bağça rəhbərliyini məsələni ictimailəşdirəcəyi ilə hədələyərək 15 000 manat pul tələb edib.

O, bunu övladını özəl bağçaya qoymaq istəməsi ilə əlaqələndirib və ödənişi dövlət bağçası rəhbərliyinin ödəməsini istəyib.

***

18:33

Bakıda 2019-cu il təvəllüdlü A.R adlı uşaq baxçanı özbaşına tərk edərək küçəyə çıxıb.

Bu barədə BAKU.WS-ə 4 yaşlı uşağın yaxınları məlumat verib.

Belə ki, Səbail rayonu 339 saylı uşaq baxçasıda 07.08.2023 tarixində bağça rəhbərliyi və əməkdaşlarının səhlənkarlığı ucbatından uşaq bağçanı saat 16:15 radələrində özbaşına tərk edərək nəzarətsiz halda küçəyə çıxıb.

Bundan 15 dəqiqə sonra azyaşlının anası uşağı bağçadan götürməyə gedərkən onu Badamdar qəsəbəsi, 3-cü massivdə yerləşən marketin yanında ağlayan və nəzarətsiz halda maşın yolunda qaçarkən təsadüfən aşkarlayıb.

İddiaya əsasən, bütün bu müddət ərzində bağça rəhbərliyi və nəzarətçilərin bundan xəbəri olmayıb.

Azyaşlının qeyd olunan saatlarında küçədə nəzarətsiz halda gəzməsini əks etdirən görüntülər ətrafdakı təhlükəsizlik kamerasına düşüb.

Paylaş:

Ən son xəbərlər