Məzmuna keç
Pravda.az — xəbər portalı
Siyasət

“Qarşıda bizi çox böyük sınaqlar gözləyir” – Aslan İsmayılov

990
Paylaş:
“Qarşıda bizi çox böyük sınaqlar gözləyir” –     Aslan İsmayılov

Azərbaycanın Rusiya tərəfindən işğalının 100 illiyidir. İlk dəfə Aprel işğalından 71 il sonra "Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı"nda (1991-ci il, 18 oktyabr) bu tarixi işğala siyasi qiymət verilir. Aktın 1-ci maddəsində deyilir: "1920-ci il aprelin 27-28-də RSFSR-in XI Qırmızı Ordusunun Azərbaycana təcavüzü, respublika ərazisini zəbt etməsi, beynəlxalq hüququn subyekti olan Azərbaycan Xalq Cümhuriyyətini devirməsi Rusiyanın müstəqil Azərbaycanı işğal etməsi hesab edilsin".

Həqiqətən tarix təkrarlanır. Necə ki, 1920-ci ildə Azərbaycan Cümhuriyyətini süquta uğratmaq üçün bütün qüvvələr birləşmişdilər, bu gün də eyni hadisələri yaşayırıq. Həm rusbaşlar, həm farsbaşlar, həm separatçılar, həm vəzifə hərisləri, əliheydər qarayevlər, bir sözlə hamısı birləşiblər və yenə öz məqsədlərinə nail olmaq üçün ölkə müstəqilliyini süquta aparmaqda əllərindən gələni edirlər. Bu müstəqillikdən bolluca yararlananlar, özlərinə ziyalı deyənlər, dövlətçilikdən ağızdolusu danışanlar isə baş verənləri seyr edib susqunluğa üstünlük verirlər. Yaddan çıxardırlar ki, müstəqilliyimizi itirdikdən sonra gec olacaq və onların bir hissəsi, bu gün var gücü ilə çalışanlar həbsxanalarda çürüyəcək, imkan tapıb xaricə qaçanlar isə qürbətdə əbədi sürgün həyatı yaşayacaqlar.

Son vaxtlar mənim həyacanlı, bəzən hirsli, bəzən də aqressiv çıxışlarımı dinləyənlər bilsinlər ki, bunu hansısa məqsədlər üçün yox, özümün, balalarımın həbsxanada, yaxud da sürgündə çürüməməsi üçün edirəm. Mən SSRİ-ni, o dövrlər çoxlarının arzuladığı vəzifələri görmüş bir insan kimi hamıya, xüsusilə gənc nəslə deyirəm ki, müstəqilliyimizi itirəndən sonra elə bu günkü haqsız, ədalətsiz günlərimizi həsrətlə xatırlayacağıq. Ona görə bir daha hamımızdan tarixdən dərs götürməyə, canımızdan üstün müstəqilliyimizə dəyər verməyə və milli birliyə səsləyirəm. Qarşıda bizi çox böyük sınaqlar gözləyir.

Aslan İsmayılov

Hüquqşünas

Paylaş:

Ən son xəbərlər