76 saylı Lənkəran-Astara seçki dairəsindən Milli Məclisin deputatı Ziyafət Əsgərov seçildiyi dairədə, Astara rayonunun Əzərud kəndində aprel döyüşləri şəhidi, Xüsusi Təyinatlıların əfsanəsi Pəncəli Teymurovun ailəsini ziyarət edib.
Ziyafət Əsgərov Pəncəli Teymurovun ailəsini ziyarət etdi
Pravda.az xəbər verir ki, görüş zamanı şəhidin anası, Vahimə ana Pəncəli haqqında haqqında xatirələrini bölüşüb. Həmişə, eləcə də ən çətin anlarında onların yanında olduğuna görə millət vəkilinə təşəkkürünü bildirib. Millət vəkili ildə bir neçə dəfə aprel və Vətən müharibəsi şəhidlərinin ailələrini ziyarət etdiyini, dövlətin və Ali Baş Komandanın diqqətinin hər zaman şəhid ailələrinin üzərində olduğunu diqqətə çatdırıb.
Şəhid anası, şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısı cənab İlham Əliyevə və Birinci xanım Mehriban Əliyevaya minnətdarlığını bildirib.