Məzmuna keç
Pravda.az — xəbər portalı
Hadisə

Qəbələdə dağlıq ərazidə yanğın başlayıb, helikopter cəlb olundu

588
Paylaş:
Qəbələdə dağlıq ərazidə yanğın başlayıb, helikopter cəlb olundu

Qəbələ rayonu, Solquca kəndi yaxınlığında mürəkkəb relyefli dağlıq ərazidə baş vermiş yanğının söndürülməsi istiqamətində zəruri və təxirəsalınmaz tədbirlər davam etdirilir.

FHN-dən verilən məlumata görə, yanğının geniş əraziyə yayılmasının qarşısının alınması məqsədilə FHN-in Aviasiya dəstəsinin 1 ədəd helikopteri də yanğınsöndürmə işlərinə cəlb olunub.

Yanğınsöndürmə işləri, həmçinin FHN-in Şimal-qərb Regional Mərkəzinin və Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən həyata keçirilir. Yanğınsöndürmə işlərində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları və yerli sakinlər də iştirak edir.

Paylaş:

Ən son xəbərlər