Vahid Azərbaycan Milli Birlik Partiyası ləğv olunub.
Azərbaycanda daha bir partiya özünü buraxdı
Pravda.az xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyindən bildirilib.
Vahid Azərbaycan Milli Birlik Partiyası ləğv olunması ilə bağlı qərar qəbul edib və buna dair aidiyyəti sənədləri Ədliyyə Nazirliyinə təqdim edib. Partiyanın ləğvi barədə qeyd 15.08.2023-cü il tarixdə qeyri-kommersiya qurumlarının dövlət reyestrinə daxil olunub.