Məzmuna keç
Pravda.az — xəbər portalı
Hadisə

Azərbaycanda qadın boğularaq öldürüldü, oğlu saxlanıldı

909
Paylaş:
Azərbaycanda qadın boğularaq öldürüldü, oğlu saxlanıldı

Polis əməkdaşları tərəfindən cinayət əməlini törətməkdə şübhəli bilinən qadının oğlu, 2000-ci il təvəllüdlü Qurbanov Faiq Bakı şəhərində saxlanılıb.

Pravda.az xəbər verir ki, bu barədə DİN-in mətbuat xidməti məlumat yayıb.

Araşdırmalar davam etdirilir.

***

Ucarda qadın boğularaq öldürülüb.

Bu barədə Pravda.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan bildirilib.

Qeyd edilib ki, avqustun 18-də səhər saatlarında Ucar Rayon Polis Şöbəsinə rayonunun Qaradağlı kənd sakini, 1981-ci il təvəllüdlü Ş.Qurbanovanın boğularaq öldürülməsi barədə polisə məlumat daxil olub.

Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırmalar aparılır.

Polis əməkdaşları tərəfindən cinayət əməlini törətməkdə şübhəli bilinən şəxsin saxlanılması istiqamətində tədbirlər davam etdirilir.

Paylaş:

Ən son xəbərlər