Siyasətçi adına iddialı olanların 10-15 ilə yığdığı siyasi kapitalı 10-15 aya necə asanlıqla xərcləyə bilmə potensialı normal demokratik seçki mühitində seçicinin mövqeyini müəyyənləşdirməsi üçün çox yaxşı bir indikator ola bilər.
Siyasətçi siyasi kapitalını necə israf edirsə, cəmiyyətin əmanət elədiyi ictimai pulu və inamı da elə xərcləyəcək.
Özünün siyasi kapitalının qədrini bilməyənlərdən çox-çox uzaq olun - sizin əmanətinizin də qədrini biləsi deyillər.
Sözün həm məcazi, həm də birbaşa mənasında xəsis siyasətçidən yapışın.