Sumqayıt şəhər 1 saylı Uşaq-Gənclər İdman Məktəbinin müəllimi Ceyhun Əliyev həbs edilib. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, C.Əliyev Cinayət Məcəlləsinin 152.3-cü (on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib. Onun barəsində Sumqayıt Şəhər Məhkəməsinin qərarı ilə istintaq dövrü müddətində üç aylıq həbs qətimkan tədbiri seçilib.
İbtidai istintaq davam edir.