Tovuz rayonunda 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə təqsirləndirilən İlkin Süleymanovun cinayət işi birinci instansiya məhkəməsinə qaytarılıb.
Pravda.az APA-ya istinadən xəbər verir ki, bununla bağlı Gəncə Apellyasiya Məhkəməsi qərar verib. İlkin Süleymanovun qardaşı Adil Süleymanov APA-ya bildirib ki, qərara əsasən, İlkin Süleymanovun cinayət işi Gəncə Ağır Cinayətlər Məhkəməsinə qaytarılıb. Bu, zərərçəkən tərəfin - Nərminin atası Şərif Quliyevin hökmdən verdiyi apellyasiya şikayəti ilə bağlıdır. Şərif Quliyevin İlkin Süleymanova ömürlük cəza verilməsi ilə bağlı apellyasiya şikayəti üzrə prosessual müddət başa çatdığından şikayət verilməsinin mümkünlüyü məsələsinə birinci instansiya məhkəmsində baxılmalıdır.
Yekun qərar elan olunana qədər prosesin təxirə salındığı elan olunub.