Məzmuna keç
Pravda.az — xəbər portalı
Cəmiyyət

Elçin Əlibəyli: “Rasim Balayevi məhv etmək mədəniyyətə qəsddir!”

793
Paylaş:
Elçin Əlibəyli: “Rasim Balayevi məhv etmək mədəniyyətə qəsddir!”

“Bu mövzuda yazmaq istəmirdim, çünki tamaşaçının Rasim Balayevə haqq etdiyi simpatiya, danılmazdır. Ancaq Rasim Balayevi gözdənsalma kampaniyası sosmed qeybətindən çıxıb, total miqyas alır deyə, həmkarlara onu qorumaq çağırışı edirəm”.

Pravda.az xəbər verir ki, bunu tanınmış teleaparıcı Elçin Əlibəyli deyib.

“Rasim Balayev böyük aktyordur, hətta ən zəif alınan obrazda belə, ustalıq göstərib. Rasim Balayev həm də ləyaqətini, mənliyini, şəxsiyyətini hər zaman qoruyan şəxsdir! Bu illər ərzində nə xalqına, nə sənətə, nə kinoya xəyanət edib! Haqq etdiyi mükafatı və sevgini daşıyır! Son otuz ildə Rasim Balayev səviyyəsində aktyor yetişməyən ölkədə onu belə məhv etmək mədəniyyətə qəsddir! Yetər!” – teleaparıcı qeyd edib.

Paylaş:

Ən son xəbərlər