Bakı Ağır Cinayətlər Məhkəməsində Binəqədi rayon bələdiyyəsinin keçmiş sədri Aytac Əliyeva və bacısı İlknur Əliyevanın (Turkut) cinayət işi üzrə məhkəmə prosesində dava düşüb.
Lent.az xəbər verir ki, hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin vəkili Ceyhun Yusifov təqsirləndirilən şəxs Aytac Əliyevanın xəstəliyi ilə əlaqədar ev dustaqlığına buraxılması barədə vəsatət qaldırıb. Vəsatət təmin edilməyib.
Prosesdə iştirak edən zərərçəkmişlərlə təqsirləndirilən şəxslər arasında dava düşüb. Zərərçəkmiş şəxslər Aytac Əliyevanın bacısı İlknur Əliyevanın ev dustaqlığında olmasına etiraz edib və onun da gəlməsini istəyib. Prosesdə dava salan zərərçəkmiş zaldan çıxarılıb.
İttihama görə, Aytac və bacısı İlknur Əliyevalar tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə bir neçə nəfərin əmlakını ələ keçirib.