Quba sakini İlqar Fərhadov Daxili İşlər Nazirliyinə müraciət edərək Beyləqanın Türklər kəndində yaşayan və orada təsərrüfat fəaliyyəti ilə məşğul olan qardaşı İldırımın doqquz ay əvvəl naməlum şəraitdə yoxa çıxması ilə bağlı məlumat verib. İldırım Fərhadovun qeyri-rəsmi nikahda yaşadığı Əzizə Sadıqova isə yaxınlarına onun Rusiyaya istirahətə getdiyini deyib.
İlqar Fərhadovun qardaşı ilə bağlı müraciətindən sonra dərhal hərəkətə keçən polis çox keçmir ki, ilkin nəticə əldə edir. İstintaq qrupu İldırımın həyat yoldaşı Əzizə Sadıqovanın ətrafında əsaslı şübhələr müəyyən edir və o, Bakıda saxlanılıb.
Məlum olub ki, kişi birgə yaşadığı qadının sifarişi ilə qətlə yetirilib. Cinayəti törədən isə rayonun Dünyamalılar kənd sakini, əvvəllər məhkum olunmuş Şahsüvar Əsədov olub.