"Ana ola bilərdim, amma olmadım. Buna şükür edirəm, 2 gün qalmış Allah gözümü açdı. Allah sizə nəyisə qismət ermirsə, mütləq ki, bu sizin xeyrinizədir. Heç vaxt "ah" çəkməyin. Yaşadıqlarımdan sonra dünyaya başqa gözlə baxıram. Hər halınızdan razı qalın. Əliniz, ayağınız, bir tikə çörəyiniz var şükr edin. Allah sizi bəladan qurtarır, zamanla hər şeyə diqqət etsəniz bunun gerçək olduğunu görərsiniz".
Pravda.az "Axşam.az"a istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Nigar Şabanova izləyicilərinin suallarını cavablandırarkən yazıb. Xanəndə ayrılıqdan, şəxsi həyatından bəhs edib.