"Vaqner" özəl hərbi şirkətin təsisçisi Yevgeni Priqojinin təyyarələrindən biri, Embraer ERJ-135BJ Legacy 650 avqustun 24-də Bakıya uçub. Bunu Flightradar uçuş izləmə xidmətinin məlumatları sübut edir. Bu mənbəyə görə, təyyarə Moskvadan saat 15:30-da qalxıb və saat 19:04-də Bakı hava limanına enib.
Rusiya mənbələri bildirirlər ki, bu, “Vaqner” özəl hərbi şirkətin təsisçisi Yevgeni Prigojinə məxsus iki təyyarədən biridir. Qeyd edək ki, o, avqustun 23-də Rusiyanın Tver vilayətində qəzaya uğrayan təyyarədə həlak olub.