Xalq sözün əsl mənasında Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanı sevir! İnsanlar dara düşəndə, çətinliklə üzləşəndə ilk olaraq Heydər Əliyev Fonduna, Birinci vitse-prezidentə müraciət edirlər. Mövzuyla bağlı “Kaspi” qəzetinin məqaləsini təqdim edirik. Azərbaycan dövlətinin və xalqının maraqlarını hər şeydən üstün tutan, ölkəmizə layiqincə xidmət edən Mehriban Əliyevanın hərtərəfli fəaliyyətindən geniş söhbət açmaq olar. O, birinci xanım, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti, Yeni Azərbaycan Partiyası sədrinin birinci müavini kimi ölkə həyatının bütün sahələrində irəli sürdüyü uğurlu təşəbbüslərlə, gördüyü işlərlə cəmiyyətdə, insanların qəlbində özünəməxsus yer tutub. Xalq sözün əsl mənasında Mehriban xanım Əliyevanı sevir! Dara düşəndə, çətinliklə üzləşəndə insanlarımızın üz tutduğu ilk istiqamət Heydər Əliyev Fondu, Birinci vitse-prezident olur. Mehriban Əliyeva Prezident İlham Əliyevin və xalqımızın etimadını layiqincə doğruldub. Uzun illərdir Azərbaycanın ictimai-siyasi, mədəni həyatında mühüm və fəal rol oynayan Mehriban Əliyeva fəaliyyəti boyunca şəhid ailələrinin, müharibə əlillərinin, qaçqın və məcburi köçkünlərin qayğılarına xüsusi həssaslıqla yanaşıb.
Hələ torpaqlarımız Ermənistan işğalı altında olduğu illərdə Prezident İlham Əliyevlə birlikdə, həm də fərdi qaydada qaçqın və məcburi köçkünlərlə görüşən, onların problemlərini dinləyən Mehriban Əliyeva 2017-ci ildə Birinci vitse-prezident təyin olunandan sonra da dövlət xadimi kimi ilk fəaliyyətini bu istiqamətdə gerçəkləşdirib. Aidiyyəti dövlət qurumlarının rəhbərləri ilə iclas keçirən Birinci vitse-prezident qaçqın və məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində göstərişlər verib.
Bu tapşırıqların vaxtında və dəqiqliklə icrası zamanı öz dədə-baba yurdundan zorla qovulan vətəndaşlarımız yeni mənzillərlə təmin edilib, bir çox sosial qayğılardan azad olunublar. Məcburi köçkünlərlə yeni mənzillərində görüşən Mehriban Əliyeva onları əmin edib ki, gün gələcək, Qarabağ sakinləri qonaqları öz ata-baba yurdlarındakı mənzillərində qarşılayacaqlar. 2020-ci ilin 44 günlük Vətən müharibəsində Ordumuzun işğal altındakı torpaqlarımızı yağı düşməndən təmizləməsi Qarabağ və ətraf rayonların genişmiqyaslı tikinti-quruculuq meydanına çevrilməsi, şəhər, kənd və qəsəbələrin sürətli bərpası ilə nəticələnib. Keçmiş məcburi köçkünlərlə bu dəfə onların öz evlərində görüşən Mehriban Əliyeva verdiyi vədlərə sadiqliyini, dövlətimizin daim vətəndaşlarımızın yanında olduğunu bir daha nümayiş etdirib.
Mehriban xanım Əliyeva şəhid analarının, canını Vətən yolunda fəda edənlərin ailə üzvlərinin də ən yaxın himayəçisi, dəstəkçisidir. 2016-cı ilin Aprel döyüşlərindən sonra şəhid olan və yaralanan hərbçilərin ailə üzvləri, həmçinin yaxınları ilə Heydər məscidində görüşən Mehriban xanım bildirib ki, qəhrəman döyüşçülərimiz Vətən qarşısında müqəddəs borclarını şərəflə yerinə yetiriblər. O, şəhid anaları qarşısında baş əydiyini dilə gətirərək, Azərbaycan xalqı və dövləti üçün hər bir vətəndaşın, o cümlədən əsgərlərimizin dəyərli olduğunu vurğulayıb: