Abşeron rayonu, Saray qəsəbəsi, Ömər Xəyyam küçəsində yaşayan Dilbər Nadirova evindən qanunsuz şəkildə çıxarıldığını iddia edib.
O bildirib ki, 2008-ci ildə adıçəkilən küçədə Adilə adlı xanımdan torpaq sahəsi alıb və orada ev tikib. Bir neçə il sonra Dilbər Nadirovanın həyat yoldaşının borcu yaranıb və xanımının xəbəri olmadan torpağı yenidən Adilə adlı xanımın adına rəsmiləşdirib. Həmin qadın da torpağı Ələmdar adlı başqa bir şəxsə satıb.