Məzmuna keç
Pravda.az — xəbər portalı
Hadisə

Sumqayıtda avtomobil qatar yoluna çıxıb, xəsarət alanlar var

604
Paylaş:
Sumqayıtda avtomobil qatar yoluna çıxıb, xəsarət alanlar var

29 avqust saat 03:40 radələrində ADY-na məxsus teplovoz Sumqayıt-Çay mənzilində hərəkətdə olarkən dövlət qeydiyyat nişanı 99-PL-593 olan "Azsamand"markalı avtomobil dəmiryol keçidini keçməyə cəhd edərkən qatara çırpılıb.

Bu barədə ADY-dən bildirilib.

Hadisə nəticəsində xəsarət almış sürücü və sərnişin təcili tibbi yardım briqadasının köməyi ilə xəstəxanaya çatdırılıb.

ADY nəqliyyat vasitələri sürücülərini Azərbaycan Respublikasının "Yol-Hərəkəti haqqında" qanunun 44-cü maddəsinin tələblərinə ciddi riayət etməyə, dəmir yolu keçidlərinə yaxınlaşarkən sürət həddini aşağı salmağa, yüksək sayıqlıq göstərməyə və keçidin qatardan boş olduğuna tam əmin olduqdan sonra hərəkətlərini davam etdirməyə çağırır.

Paylaş:

Ən son xəbərlər