Azərbaycanda heyvanla rəhmsiz rəftar edən şəxs cəzalandırılıb. Oxu.Az-ın məlumatına görə, ulağı iplə maşına bağlayaraq, nəqliyyat vasitəsilə hərəkətə davam edən 68-BE-012 dövlət qeydiyyat nişanlı “Niva” markalı avtomobilin sürücüsü polis tərəfindən müəyyən olunaraq saxlanılıb.
Qanunvericiliyə uyğun olaraq, Şərur rayon sakini barəsində inzibati tədbir görülüb.