Futbolçu Elvin Cəfərquliyevin “Neftçi” - “Qarabağ” oyunundan sonra saxlanılması barədə yayılan məlumatlar yanlışdır.
Bu barədə DİN-in mətbuat xidmətinin əməkdaşı, polis mayoru Anar Qafarov bildirib.
Qeyd olunub ki, qarşılaşmadan sonra E.Cəfərquliyev çantasının oğurlanması barədə stadionda olan polis əməkdaşlarına məlumat verib.