Onlayn qumar oynayan azərbaycanlı yarım milyon manat uduzub. Xezerxeber.az-ın məlumatına görə, ölkədə qumar oyunlarını təşkil etmək qanunla qadağandır.
Amma internetdə tez-tez qumar oyunları reklam edilir. Qaydalar isə çox sadədir. Qeydiyyatdan keçmək üçün mobil nömrə və bank kartı məlumatları istənilir. Adını və soyadını açıqlamaq istəməyən bu şəxs də internetdə qumar oynayanlardan biridir. Sonradan qumar oynamaq onda asılılıq yaradıb.
Zərərçəkən bildirib ki, belə saytlardan tez-tez şirnikləndirici təkliflər gəlir.
Ekspertlər mövzu ilə bağlı bildiriblər ki, belə saytlar adətən xarici ölkələrdə açılır. Ancaq, respublika ərazisində belə internet resursları aşkarlandıqda onlara giriş imkanları məhdudlaşıdırılır.