Bu ilin doqquz ayı ərzində AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu tərəfindən 8068 yeraltı təkan qeydə alınıb. Bunlardan 3595-i Azərbaycan ərazisində qeydə alınmış təkanlardır.
Azərbaycan Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzinin Elektron xidmətlər şöbəsindən bildirilib ki, 2023-cü ilin 9 ayında Azərbaycan ərazisində maqnitudası 3-dən böyük olan (ml≥3) 62 zəlzələ qeydə alınıb. Doqquz ay ərzində Azərbaycan və ona bitişik ərazilərdə ümumilikdə 28 hiss olunan təkan qeydə alınıb. 13 yeraltı təkan respublikamızın ərazisində, 15 yeraltı təkan isə qonşu ölkələrin ərazilərdə baş verib. Azərbaycan ərazisində yüksək maqnitudalı zəlzələ ml-5.6 Xəzər dənizində qeydə alınıb (4 iyul 2023-cü il).