Ermənistan-Azərbaycan sərhədində gərginlik müşahidə olunmur.

Bunu Ermənistanın baş naziri Nikol Paşinyan ölkənin İctimai televiziyasına müsahibəsində deyib.

"Mənə hər gün sərhəddə atəşkəsin pozulması barədə məlumat verilir. Hazırda Ermənistan-Azərbaycan sərhədində gərginlik və ya qoşunların cəmləşməsi müşahidə olunmur", - Paşinyan bildirib./APA