Məzmuna keç
Pravda.az — xəbər portalı
Hadisə

Hacıqabulda yataqxanada yanğın: 5 nəfər ölüb, xəsarət alanlar var

1 064
Paylaş:
Hacıqabulda yataqxanada yanğın:   5 nəfər ölüb, xəsarət alanlar var

Hacıqabulun Navahı qəsəbəsində ikimərtəbəli yataqxana binasında baş verən güclü yanğın nəticəsində 5 nəfər ölüb, daha 2 nəfər xəsarət alıb.


Yataqxanada məskunlaşmış Zəngilan sakinləri, ikisi azyaşlı olmaqla 5 nəfər - 42 yaşlı Aybəniz Abışova, 73 yaşlı Sara Abışova, 80 yaşlı Mütəllim Mahmudov, 11 yaşlı Elgün Sadıqov və 13 yaşlı bacısı Zəhra Sadıqova yanaraq ölüblər.


Hadisə zamanı, daha 2 nəfər isə yanıq xəsarəti alıb. Zərərçəkənlər xəstəxanaya yerləşdirilib.


Hadisə yerinə FHN-in Hacıqabul rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və canlı qüvvəsi cəlb olunub. Hazırda yanğın söndürülüb.


Faktla bağlı Hacıqabul Rayon Prokurorluğunda araşdırmalara başlanılıb./Report

Paylaş:

Ən son xəbərlər