Məzmuna keç
Pravda.az — xəbər portalı
Hadisə

HƏMAS azərbaycanlıları girov götürüb?

667
Paylaş:
HƏMAS azərbaycanlıları girov götürüb?

HƏMAS-ın hər hansı azərbaycanlını girov saxlaması barədə məlumatlar təsdiqini tapmayıb. Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.

Qeyd olunub ki, yayılan məlumatla əlaqədar Azərbaycanın İsraildəki səfirliyi araşdırma aparır.

Xatırladaq ki, oktyabrın 7-də HƏMAS İsrailə hücum edib. Hücum İsraillə Fələstin arasında genişmiqyaslı toqquşma ilə müşayiət olunur. Döyüşlər davam edir.

Hadisələr zamanı, həlak olan azərbaycanəsilli şəxslərin sayı 7 nəfərdir.

Həlak olan 7 nəfərin adlarını xatırladırıq:

Şamil Abbasov (İsrail vətəndaşı);

Emin Axundov (İsrail vətəndaşı);


İlkin Nəzərov (Azərbaycan vətəndaşı);

Lior Əzizov (vətəndaşlığı dəqiqləşdirilir);

Roman Gandel (İsrail vətəndaşı);

Eden Abdullayeva (İsrail vətəndaşı);

Emil Samuyelov (vətəndaşlığı dəqiqləşdirilir).

Paylaş:

Ən son xəbərlər