Məzmuna keç
Pravda.az — xəbər portalı
Hadisə

Bakı sakini ov tüfəngi ilə qətlə yetirilib, qardaşı oğlu saxlanılıb - YENİLƏNDİ

705
Paylaş:
Bakı sakini ov tüfəngi ilə qətlə yetirilib, qardaşı oğlu saxlanılıb -   YENİLƏNDİ

Oktyabrın 17-də 1984-cü il təvəllüdlü Elməddin Fətəliyevin qəsdən öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bu barədə Xətai Rayon Prokurorluğundan məlumat daxil olub.

Araşdırma zamanı 1971-ci il təvəllüdlü Arif Fətəliyevin Xətai rayonu NZS qəsəbəsində yerləşən avtomobil təmiri sexində aralarında yaranmış mübahisə zamanı qohumu Elməddin Fətəliyevi ov tüfəngindən bir dəfə atəş açaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Xətai rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, Arif Fətəliyev şübhəli şəxs qismində tutulub.

Hazırda ibtidai istintaq davam edir.

***

16:35

Bakı sakini ov tüfəngi ilə qətlə yetirilib.


DİN-in mətbuat xidmətindən Pravda.az-a bildirilib ki, hadisə oktyabrın 17-si saat 15 radələrində paytaxtın Xətai rayonu ərazisində qeydə alınıb.


Belə ki, 1971-ci il təvəllüdlü Fətullayev Arif Yusif oğlunun ov tüfəngi ilə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.
 

Cinayət əməlini törətməkdə şübhəli bilinən şəxsin tutulması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görülür.

Paylaş:

Ən son xəbərlər