Müğənni Əli Mirəliyev ötən gün qətlə yetirilən həmkarı Yaqut Nəriman (Həşimova) haqqında bəzi fikirlər səsləndirib.
"Bizimləsən" verilişinin efirinə zəng vuran Ə.Mirəliyev mərhum Y.Nərimanın həyat tərzi ilə bağlı xoşagəlməz fikirlərini dilə gətirib. Ə.Mirəliyev müğənninin dəfələrlə içkili halda ona zəng etdiyini iddia edib.
Əli Mirəliyevin ötən gün verdiyi bu açıqlaması studiyada, eləcə də cəmiyyətdə birmənalı qarşılanmayıb. Verilişdə ekspert qismində iştirak edənlər onun bu söhbətini yersiz adlandıraraq ifaçını tənqid ediblər. Həmçinin sosial şəbəkələrdə Ə.Mirəliyevin danışıq tərzi və fikirləri ilə bağlı tənqidi rəylər yazılıb.