Məzmuna keç
Pravda.az — xəbər portalı
Siyasət

Kaledoniya Birliyi partiyasının sədr müavini: Biz Fransa ilə inteqrasiyanı istəmirik

620
Paylaş:
Kaledoniya Birliyi partiyasının sədr müavini: Biz Fransa ilə inteqrasiyanı istəmirik

Bakı Təşəbbüs Qrupunun bizim mübarizəmizə verdiyi dəstəyə görə təşəkkür edirəm. Biz mübarizə aparırıq, çünki Fransa ilə inteqrasiya istəmirik. Fransa isə əksinə bu ərazilərdə öz müstəmləkəsini saxlamağa, buranın zəngin resurslarından istifadə etməyə çalışır.

Bunu paytaxtda Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə “Neokolonializm: İnsan Hüquqlarının Pozulması və Ədalətsizlik” adlı beynəlxalq konfransda Kaledoniya Birliyi partiyasının Baş katibinin müavini David Vanabo bildirib.

O Fransanın manipulyasiya həyata keçirdiyini deyib.

“Biz beynəlxalq əlaqələrimizi gücləndirməliyik ki, haqqımızı tələb edə bilək, xalqımız qorxmadan öz fikrini ifadə edə bilsin. Biz Bakı Təşəbbüs Qrupundan gözləyirik ki, bizim tələblərimizi daha böyük arenaya, tərəfdaşlara çatdırmağa kömək etsin”, - o deyib./APA

Paylaş:

Ən son xəbərlər