“Təzə olanları demirəm. Lakin çalışdığınız yerdə yaşlanan, vəzifəsi olan insanlar var ki, hamısının üstümdə əməyi var”.
Pravda.az-ın xəbərinə görə, bunu Xalq artisti Röya Ayxan konsertindən öncə jurnalistlərin suallarını cavablandırarkən onlara ünvanlayıb.
Müğənni “Xalq artisti” fəxri adı alması ilə bağlı fikirlərini dilə gətirib:
“Bir az da yerim möhkəmləndi. Həmişə işimdə məsuliyyətli olmuşam, indi isə daha da artıb. Bir çox şeylərdən qorxurdum. Bu, məni gücləndirdi. İndi onları həyata keçirəcəm. Gələn il ən çox teatrlarla bağlı planlarımız var. Bu adı gözləmirdim. Birdən oldu”.
Sənətçi “Altın kelebek” mükafatlandırma mərasiminə ikinci dəfə namizəd seçilməsi barədə də danışıb:
“Nə vaxt müraciət etsələr, “yox” demirəm. Kim qazansa, vaxtım olarsa, onunla bir yerdə gedərəm. Kim də qalib olsa, ona mükafatını təqdim etmək istəyərəm. Namizədlər arasında sevdiklərim: Sevda Yahyayeva, Oksana Rəsulovan, Pərvin Abıyeva, Xəyyam Nisanov, Murad Arifdir. Hamısı dostlarımdır, əzizlərimdir. Kaş elə bir tarixdə baş tutardı ki, orada olardım. Bir də başqa birlikləri göstərərdim ki, həmişə mükafatı almağa getmək lazım deyil. Biri alanda, ona dəstək də olmaq lazımdır. Yaxşı pul qazansam, hamınıza bilet alaram (gülür)”.
İfaçı yeni işlərindən də söz açıb:
“2019-cu ilin sonuna bir klip hazırlayırıq. Bu aralar fotoqrafları çox sevmişəm. Deyirdim ki, burada klip çəkdirmərəm. Bizim fotoqraflar yaxşı inkişaf edib. Buna çox sevinirəm. Baloğlan Əşrəfovun da “Ay uçan quşlar” mahnısını başqa tərzdə oxumuşam. 2020-ci ildə çıxaracam. Evdə bilirsiniz nə qədər mahnı var? Hakan Erolun bəstəsi “Elə bilirdim” 2015-ci ilin mahnısıdır. Yaxşı mahnıları alıb, gizlədirəm, sonra çıxarıram.
“Crystall Hall”da konsert vermək istəyirəm. Amma istədiyim avadanlığa xeyli vəsait lazımdır. Bu aralar özüm, oğlumla məşğulam. Neçə ildir bir evi tikib qurtara bilməmişəm. Altı ay işləyirik, altı ay iş yoxdur. Qardaşım İsmayıla müğənnilik fəaliyyətində dəstək oluram. Kişiyə dəstək lazımdır. Qadın o qədər güclüdür ki, öz yolunu seçir bir yana çıxır. Kişilərdə isə bu alınmır. Ondan-bundan xahiş edirdim ki, məni toya aparsın. İki il ona pul xərcləyəcəm”.
R. Ayxan bildirib ki, fəxri ad verilməsi ilə bağlı narazılıq edənlərdən adını eşitməyib: