Məzmuna keç
Pravda.az — xəbər portalı
Hadisə

Sahil Babayevin işçisi jurnalisti döydü, prokurorluq işə qarışdı

1 850
Paylaş:
Sahil Babayevin işçisi jurnalisti döydü, prokurorluq işə qarışdı

Daxili İşlər Nazirliyi (DİN) jurnalist Zaur Qəmbərovun Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Gədəbəy rayon şöbəsinin rəhbəri Elsun Xudaverdiyev və onun sürücüsü İsfəndiyar Qələndərov tərəfindən döyülməsi hadisəsi ilə bağlı açıqlama verib.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun əməkdaşı, polis baş leytenantı Eşqin Qasımov bildirib ki, ilkin materiallar toplanıb və baxılması üçün aidiyyəti üzrə Gədəbəy Rayon Prokurorluğuna göndərilib.

Qeyd edək ki, “anews.az” xəbər portalının müxbiri Z.Qəmbərovun sayta daxil olan şikayətçi sorğusu əsasında araşdırma aparmaq üçün DSMF-nin Gədəbəy rayon şöbəsində olarkən həmin şöbənin rəhbəri E.Xudaverdiyev və özünü onun sürücüsü kimi təqdim edən İ.Qələndərov tərəfindən döyülməsi, jurnalistin mobil telefonunun həmin şəxslər tərəfindən sındırıldığı barədə məlumat yayılıb.

Paylaş:

Ən son xəbərlər