ABŞ Türkiyəyə satdığı və ya Türkiyənin ABŞ-dən əldə etdiyi silahların Azərbaycana qanunsuz göndərilməsini, bu silahların Azərbaycan tərəfindən istifadə edildiyini görməyib.
Bu barədə ABŞ dövlət katibinin Avropa və Mərkəzi Asiya məsələləri üzrə köməkçisi Ceyms O-Brayn Xarici İşlər Komitəsində keçirilən dinləmədə bildirib. Nümayəndələr palatasının üzvü Dina Titus daha əvvəlki əməliyyatlar zamanı F-16 qırıcılarının Türkiyə tərəfindən Azərbaycanda istifadəsinənə dair xəbərlər gördüyünü və bunun nə qədər doğru olduğunu soruşub.