ARB telekanalında yayımlanan “Səni axtarıram” proqramında maraqlı anlar yaşanıb.
Verilişin ekspertlərindən biri anaya üzünü tutaraq övladı ilə yaxından maraqlanmadığı üçün onu tənqid atəşinə tutub:
“Uşağımın telefonu mənim telefonuma köçürülüb. Mən onun hara getdiyini, kiminlə danışdığını, sosial şəbəkələrdə hansı səhifələrə girdiyini, hər şeyi görürəm. Əgər ana evdə övladı ilə maraqlanmırsa, sonu da bu cür olacaq”.