Bakı Dövlət Universitetinin (BDU) sabiq rektoru, akademik Abel Məhərrəmovun keçmiş sürücüsü dələduzluqda ittiham edilərək saxlanılıb və məhkəmə barəsində qərar verib. Qaynarinfo-nun məlumatına görə, 1973-cü il tarixdə Ermənistanın Spitak rayonunda anadan olmuş Bayram Zamanov (soyad şərti) Mərkəzi Neftçilər Xəstəxanasının Vasif adlı vəzifəli şəxsinə qarşı dələduzluq edib. Belə ki, Bayram Zamanov Abel Məhərrəmovun sürücüsü kimi əlaqələrindən istifadə edərək, Vasifi Prezident Administrasiyasına sürücü vəzifəsinə düzəldəcəyi barədə yalan vəd verib və 10.000 manat pulunu mənimsəyib.
Təqsirləndirilən şəxs tanışlarının vasitəsi ilə Vasifi 15.000 manat pul müqabilində Prezident Aparatına sürücü düzəldəcəyinə söz verib. Onun maaşının 1400 manat olacağını bildirib. Bundan başqa hər gün ona əmək haqqından başqa 20 manat pul veriləcəyini, ezam olunduğu hər günə görə isə 60-70 manat pul alacağını deyib.