Bakıda şirkətdə fəhlə iş vaxtı başına dəmir dəyməsi nəticəsində xəsarət alıb.
Pravda.az APA-ya istinadən xəbər verir ki, Zahid Cabbarov Nərimanov rayon ərazisində "Azfence" MMC-ə məxsus sahədə yük maşınına dəmir parçaları yüklədiyi zaman yıxılıb. Bu zaman dəmir onun başına dəyərək ağır xəsarət yetirib.