Məzmuna keç
Pravda.az — xəbər portalı
Siyasət

Türkiyədə giriş-çıxış qadağası ləğv olunur

1 555
Paylaş:
Türkiyədə giriş-çıxış qadağası ləğv olunur

“9 vilayətimiz -  Diyarbakır, Adana, Mardin, Trabzon, Ordu, Kahramanmaraş, Şanlıurfa, Tekirdağ, Dənizli vilayətlərinə giriş-çıxış məhdudiyyəti aradan qaldırlacaq”.

Pravda.az-ın xəbərinə görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yeni növ koronovirusla (COVİD-19) bağlı nazirlərlə keçirilən telekonfransdan sonra açıqlamasında bildirib.

Qeyd edək ki, keçən həftə, Antalya, Aydın, Ərzurum, Hatay, Malatya, Mersin və Muğlaya giriş-çıxış məhdudiyyəti aradan qaldırılmışdı. Beləliklə, Türkiyədə giriş-çıxış qadağası qoyulan 31 vilayətdən 15-i qalıb.APA

Paylaş:

Ən son xəbərlər