Bakının Suraxanı rayonunda ağır xəsarətlə nəticələnən döyülmə hadisəsi baş verib.
Hadisə Zığ qəsəbəsində qohumlar arasında düşən dava zamanı qeydə alınıb. Belə ki, yeznəsi tərəfindən baş nahiyəsindən daşla vurulan 1976-cı il təvəllüdlü Əlirzayev Elnur Əlirza oğlu təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona baş nahiyəsində kəsilmiş yara və hematoma diaqnozu qoyulub.