“Nature Computational Science” elmi jurnalının alimləri insanın həyat hekayəsindən istifadə edərək onun necə yaşayacağını və nə vaxt öləcəyini proqnozlaşdıra bilən alqoritm hazırlayıb.
“Life2vec” adlandırılan modelin doğruluq payı təxminən 78 faiz təşkil edir ki, bu da oxşar həyati məlumatları proqnozlaşdıran digər alqoritmlərlə ekvivalent təşkil edir.
Onu digər modellərdən fərqləndirən cəhət isə ChatGPT-ə bənzər söhbət botu kimi işləməsidir. Model əlində olan mövcud təfərrüatlardan istifadə edərək gələcək hadisələri proqnozlaşdırır.
Alqoritm Danimarka və ABŞ alimləri tərəfindən danimarkalı insanların məlumatlarından ibarət olan bir məlumat deposu kimi hazırlanıb.
Bu depoda 6 milyondan çox real insanın gəlirləri, məşğuliyyəti, yaşayış yeri, yaralanma və hamiləlik halları da daxil olmaqla bütün növ məlumatlar yerləşdirilib. Nəticədə isə bir insanın erkən ölmə ehtimalı və ya həyatı boyu qazancları haqqında proqnozlar verə bilən model əldə edilib.
Vaxtından əvvəl ölümə gətirib çıxaraq səbəblər sırasında kişi cinsinə mənsub olmaq, ruhi xəstəlik haqqında diaqnoz qoyulması və ya fiziki işlə məşğul olmaq kimi amillər də yer alır.