Politoloq Yusif Bağırzadə prezidentliyə namizədliyini irəli sürüb. Bu barədə e-huquq.az-a Y.Bağırzadə özü məlumat verib.
Daha bir prezidentliyə namizədin adı açıqlandı
O bildirib ki, 7 Fevral 2024-cü il tarixdə keçiriləcək növbədənkənar Prezident seçkilərinin ilk dəfə ölkənin bütün ərazisində keçiriləcəyini və bu seçkilərin Azərbaycan və region üçün olduqca əhəmiyyətli dövrə təsadüf etdiyini nəzərə alaraq Prezident seçkilərində iştirak haqqında qərar qəbul edib.
"44 günlük Vətən savaşı və suverenliyimizin bərpasından sonra yaranmış yeni reallıqlar hər kəsdən bu seçkilərdə fəal olmağı tələb edir. Əminəm ki, 7 fevral seçkiləri mühüm siyasi hadisə olmaqla yanaşı həm də Azərbaycan tarixində yeni bir səhifənin başlanğıcı olacaq. Namizədliyimi öz təşəbüsümlə irəli sürürəm və hər kəsi bu seçkilərdə fəal iştiraka çağırıram”, - deyə politoloqqeyd edib.