Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Daşkəsən şəhəri, İsmət Qayıbov küçəsində yerləşən yaşayış binasında partlayış baş verməsi barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Daşkəsən Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.
Hadisə yerində əməliyyat şəraitinin operativ qiymətləndirilməsi zamanı məlum olub ki, üçmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 24m² olan üçotaqlı mənzilin anbar kimi istifadə edilən 1 otağında, ilkin ehtimala görə, məişət qazının sızması nəticəsində yanğınla nəticələnməyən partlayış baş verib.