Azərbaycanda fəaliyyət göstərən bir sıra media və QHT-lərin xaricdən maliyyələşməsi və əks-dövlət fəaliyyəti ilə bağlı ortaya çıxan faktlar bu prosesin nə qədər dərin və əhatəli olduğu barədə deyilənləri təsdiqləyir.
Pravda.az-ın “Qafqazinfo”ya istinadən məlumatına görə, illər ərzində milyonlarla vəsait Azərbaycanda xaricdən idarə olunan və dövlətə qarşı təhdid kimi istifadə edilən şəbəkənin formalaşmasına, sadə vətəndaşlardan tutmuş vətəndaş cəmiyyəti institutlarına və dövlət orqanlarına qədər kök atmasına sərf olunub. Bu prosesin təşkilatçıları qanunları kobud şəkildə pozmaq, beynəlxalq qanunvericiliyin yaratdığı imkanlardan sui-istifadə etməkdən belə çəkinməyiblər. Müxtəlif ölkələrdə nağdlaşdırılan vəsaitlər kuryerlər vasitəsilə qeyri-qanuni olaraq Azərbaycana keçirilib, adsız kartlardan, “xidməti müqavilələrdən” istifadə olunub. İnsanlara demokratiya dərsi keçən, ədalət, fəaliyyət azadlığı, qanunçuluq tələb edən şəxslər bilavasitə bu prosesdə iştirak ediblər.
Ortaya çıxan hər yeni fakt yerli və xarici iştirakçıların dairəsini genişləndirir, axıdılan maliyyənin həcmi isə astronomik sürətlə çoxalır.
Bu günlərdə məlum olub ki, “Abzas Media”nın əməkdaşlarına qarşı açılan cinayət işi çərçivəsində saxlanılmış və dekabrın 24-də Cinayət Məcəlləsinin 206.3.2-ci ( qaçaqmalçılıq) maddəsi ilə ittiham edilərək barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilmiş “Turan” İnformasiya Agentliyinin redaktoru Hafiz Babalı uzun illər ərzində qrant layihələri ilə bağlı xarici təşkilatlarla və fondlarla əlaqələr qurub, onların tapşırığına dair araşdırmalar aparıb və məqalələr hazırlayıb.
Bu təşkilatların sayı və miqyası da heyrətamizdir:
- Fritt Ord Foundation (Azad Söz Fondu, Norveç);