Son iki gündə postların və küçədə polislərin, Daxili Qoşunların əsgərlərinin sayı azaldılıb. Hətta sosial şəbəkələrdə karantin rejiminin bitdiyi ilə bağlı iddialar da irəli sürülür.
Azərbaycanda karantin rejimi nə vaxt bitəcək? – Operativ Qərargahdan AÇIQLAMA
Bununla bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahın rəsmisi İbrahim Məmmədov karantin rejiminin hələ davam etdiyini bildirib: "Azərbaycanda karantin rejiminin nə zaman bitəcəyi ilə bağlı heç bir məlumat yoxdur. Hər şey yoluxanların artma və azalma dinamikasından asılıdır. Yəqin ki, müşahidə olunan tendensiyaya uyğun qərar qəbul ediləcək".Sonxeber