Astara rayon İcra Hakimiyyəti başçısının Siyəkü kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsində işləmiş 1954-cü il təvəllüdlü Xanəhməd Zahirovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Pravda.az-ın məlumata görə, Xanəhməd Zahirov 20 aprel 2009-cu il tarixdən Astara rayon icra hakimiyyəti başçısının Siyəkü kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsində işləyib.
O, öz qulluq mövqeyindən istifadə edib, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə 2013-cü ilin oktyabr ayında həmin kənd sakini Mühiddin Zahirovun atası Nurulla Zahirovun uzun müddət istifadəsində olmuş, atası uzun müddət əvvəl öldüyünə görə ondan qalmış həmin kənddə yerləşən torpaq sahəsinin 0,06 hektarının həyətyanı torpaq sahəsi kimi onun adına rəsmiləşdirilməsinə köməklik göstərilməsinə dair müraciəti ilə əlaqədar qeyd edilən məsələni özünün həll edəcəyini yalandan bildirib.
Xanəhməd Zahirov həmin adla 2013-cü ilin noyabr ayında Astara rayon İcra hakimiyyəti başçısının Siyəkü kəndi üzrə nümayəndəliyinin həmin kənddə yerləşən inzibati binasında Mühiddin Zahirovdan 2.000 ABŞ dolları, həmin dövrün məzənnəsi ilə 1.560 manat məbləğində pul vəsaitini alıb.
O, görəcəyi işə inandırmaq üçün vəzifəli şəxs kimi istintaqla müəyyən edilməyən şəraitdə əldə etdiyi Azərbaycan Respublikası Dövlət Torpaq Komitəsinin Astara rayon torpaq şöbəsinə aid möhürlə təsdiqlənməsi görüntüsü yaradan 18 may 1996-cı il tarixli aktın məzmununa tamah niyyətilə Mühiddin Zahirovun ayrıca təsərrüfata və ev tikməsinə ehtiyacının olması ilə əlaqədar Astara rayonu Siyəkü çayçılıq sovxozunun ərazisindən 0,06 hektar torpaq sahəsinin Astara rayon Sovetinin 15 aprel 1992-ci il tarixli 02 saylı qərarı ilə ona verilməsi barədə bilə-bilə yalan məlumatlar daxil edib.
Xanəhməd Zahiroov aktda olan “X.Zahirov” qrafasının qarşısında özü şəxsən imzalayıb, “1.V.Qasımov” və “3.Ə.Həmzəyev” qrafalarının qarşısındakı imzaları isə qəsdən fərqli imzalar çəkib.
Həmin aktı istintaqa məlum olmayan şəraitdə əldə etdiyi Dövlət Torpaq Komitəsinin Astara rayon torpaq şöbəsinə aid olması görüntüsü yaradan mərkəzində keçmiş SSRİ-nin gerbi, kənarında isə latın qrafikalı Azərbaycan əlifbası ilə “Azərbaycan Respublikası Dövlət torpaq komitəsi Astara rayon torpaq şöbəsi” yazıları olan saxta möhürlə birbaşa relyef klişe ilə möhürləməklə və Mühiddin Zahirova da imzaladıb.
Xanəhməd Zahorov Mühiddin Zahirovdan aldığı qeyd edilən məbləğdə pul vəsaitini isə şəxsi ehtiyaclarına sərf edib.
Bundan başqa, Xanəhməd Zahirov həmin vəzifədə işləyərkən, 2017-ci ilin may ayında həmin rayonu Marzasəy kəndində yaşayan tanışı Ziyad Cabbarovun həmin kənddə faktiki istifadə etdiyi 0,06 hektar torpaq sahəsinə dair mülkiyyət hüququnu təsdiq edən çıxarışın alınmasında köməklik göstərilməsinə dair ona müraciəti ilə əlaqədar Ziyad Cabbarova özünün Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Astara rayon şöbəsinin rəhbər vəzifəli şəxsi ilə yaxın münasibətlərinin olmasını, həmin vəzifəli şəxsə xidməti vəzifəsinin icrası iləəlaqədar Ziyad Cabbarovun xeyrinə edəcəyi hərəkətə görə 400 manat məbləğində pul verilməsi müqabilində ona həmin torpaq sahəsinə dair mülkiyyət hüququnu təsdiq edən çıxarışı ala biləcəyini bildirib.