Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin yanvarın 5-i saat 9:00-a olan məlumatına əsasən ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib. Lakin gecə Naxçıvan MR-da qısamüddətli yağıntı olub.
Milli Hidrometeorologiya Xidmətindən Pravda.az-a verilən xəbərə görə, düşən yağıntının miqdarı Ordubadda 5 mm, Şahbuz, Naxçıvan 1 mm-dək olub.Zərdab, Biləsuvar, Gəncə, Yevlax, Şamaxı, Qobustanda duman müşahidə olunub.