«Azərenerji»ASC-nin sabiq prezidenti Etibar Pirverdiyevin “Şahdağ Qusar”dan tələbi bəlli olub.
O, ötən ilin avqustunda fəıaliyyətini bərpa edən klubdan II Liqaya vəsiqə qazanmasını istəyib.
Keçmiş məmur bu məqsədlə kollektivə 250 min manat büdcə ayırıb. Komandaya vəsait Pirverdiyevin idarəetməsində olan şirkət tərəfindən ödənilir.