Stomatoloji kabinetlərdə hepatit, QİÇS və digər arzuolunmaz xəstəliklərə yoluxa bilərsiniz.
Xezerxeber.az-ın məlumatına görə, Ümumdünya Səhiyyə Təşkilatının hesabatına əsasən, QİÇS və hepatit C xəstəliklərinin yayılmasına təsir göstərən faktorlar arasında birinci yerdə stomatoloji xidmətlər dayanır. Mütəxəssislər də bildiriblər ki, dişlərin müalicəsi zamanı yol verilən səhlənkarlıq pasiyentin səhhətində ciddi fəsadlar yarada bilər.